Türkiyəli müğənni İrem Derici pis hadisə ilə qarşılaşıb.

Uvertura.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi Mersindəki konsertindən əvvəl evində yıxılıb.

Xəstəxanaya aparılan ifaçının kəllə-beyin travması aldığı məlum olub.

Bu səbəbdən onun konserti təxirə salınıb. İrem Derici hazırda müalicə olunur.

You may also like