Türkiyəli müğənni İrem Derici səhhətində yaranan problemlərlə üzləşib.
Uvertura.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənninin səhhətindəki narahatlığa sıx iş qrafiki səbəb olub.
Ardıcıl keçirdiyi konsertlər müğənninin yorğunluğuna səbəb olaraq başgicəllənmə halları yaratdığı üçün o, xəstəxanaya yerləşdirilib.
Həkim müdaxiləsindən sonra İrem Dericinin vəziyyətinin yaxşı olduğu bildirilib.