Moskvada “İrs-Nasledie” jurnalının növbəti nömrəsi çapdan çıxıb. Uvertura.az xəbər verir ki, ənənəvi olaraq, jurnalın yeni nömrəsi baş redaktor Musa Mərcanlının məqaləsi ilə açılır.
“İrs-Nasledie” jurnalının budəfəki nömrəsində erməni Qriqorian kilsəsinin erməni xalqının tarixindəki roluna həsr olunmuş silsilədən ilk məqalə təqdim edilir. Bu yazıda guya Ermənistanın tarixdə ilk xristian dövləti olması, ermənilərin Tanrı tərəfindən seçilməsi, onların digər xalqlar üzərində müəyyən üstünlüyünə haqq qazandırmaq üçün nəzərdə tutulmuş kilsə ənənəsinə və eyni zamanda, qonşu dövlətlərə qarşı ərazi iddialarına əsaslanan saxta tezislər ifşa olunur.