Aparıcı və aktyor İslam Mehrəliyev çalışdığı Space telekanalından ayrılıb.
Bu barədə aparıcısı olduğu “Salamlar” verilişində məlumat verən Mehrəliyev tamaşaçılarla və kollektivlə sağollaşıb.
Kanalla yollarını ayırma səbəbini açıqlamayan aktyor rəhbərliklə heç bir problemin olmadığını razılıq ifadələri ilə bildirib. İslamın son efir günü vida sözləri proqramın kollektivi və birlikdə aparıcılıq etdiyi, həmkarı Şəbnəm Əliyevanı ağladıb.
Uvertura.az xəbər verir ki, gələn həftədən etibarən verilişindən ayrılan İslamı həmkarı, eyni zamanda kanalın aparıcısı Ülvi Həsənli əvəz edəcək.