Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun birgə təşkilatçılığı ilə baş tutan beynəlxalq proqrama İƏT-ə üzv və müşahidəçi ölkələrin 300-ə yaxın rəsmi nümayəndəsi, habelə gənclər və könüllülər iştirak edirlər.
Bu çərçivədə reallaşan Mədəniyyət Nazirliyinin “Yaradıcılıq marafonu” İslam ölkələrindən olan gənc istedadları bir araya gətirərək müxtəlif yaradıcı sahələrdə birgə əməkdaşlıq və innovativ məhsulların yaradılmasını təşviq edən unikal platforma rolunu oynayır.
Uvertura.az xəbər verir ki, marafonun əsas istiqamətləri animasiya, dəb, film və dizayn olaraq müəyyən edilib.