Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 105 illiyi münasibətilə Milli Kitabxanada “Xalq yazıçısı İsmayıl Şıxlı” adlı geniş kitab sərgisi açılıb.
Uvertura.az xəbər verir ki, sərgidə yazıçının əsərləri, dünya ədəbiyyatından tərcümələri, tərtib etdiyi kitablar, haqqında yazılmış Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Qeyd edək ki, sərgi bir həftə davam edəcək.