İstanbulda “Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu” şüarı ilə konsert proqramı keçirilib.
Uvertura.az xəbər verir ki, Türkan Saylan adına Mədəniyyət Mərkəzində baş tutan konsert qardaş ölkədə fəaliyyət göstərən azərbaycanlı musiqi müəllimləri, “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin üzvləri Nazlı Bağırova, Vüsalə Əsgərova və Fidan İsmayılova tərəfindən təşkil olunub.
Proqramda əvvəl Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin xatirəsi yad edilib.