İstanbul rəhbərliyi şəxsi avtomobillər üçün şəhərin tarixi mərkəzinə girişi ödənişli etmək niyyətindədir.
Uvertura.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i İstanbul Davamlı Şəhər Hərəkəti Planına (SKUP) istinadən məlumat verib.
Səlahiyyətlilər bununla tıxaclar və havanın çirklənməsi ilə bağlı problemləri həll etmək ümidindədir.
Plana görə, avtomobil sahibləri tarixi mərkəzə giriş üçün Eminönü ərazisində yerləşəcək köşklərdə ödəniş etməli olacaqlar. Məbləğ dəqiq bilinmir, lakin bunun həyata keçirilməsi üçün 3,4 milyon dollardan çox vəsait tələb olunacaq.
Şəhərin meri Əkrəm İmamoğlu bildirib ki, bu addım yerli sakinlərin həyatını yaxşılaşdıracaq.
Eyni şəkildə, şəhər rəhbərliyi əhalini ekoloji cəhətdən təmiz nəqliyyatdan istifadəyə təşviq etmək niyyətindədir.