Mədəniyyət

IX Muğam Televiziya Müsabiqəsinin seçim mərhələsi başlayıb

IX Muğam Televiziya Müsabiqəsinin ilkin seçimləri start götürüb

Uvertura.az xəbər verir ki IX Muğam Televiziya Müsabiqəsinin ilk seçim mərhələsi artıq həyata keçirilib. Bu barədə müsabiqənin icraçı direktoru İlqar Fəhmi məlumat verib.

Onun sözlərinə görə, seçim turlarının birincisi şimal bölgəsindən olan iştirakçılar arasında keçirilib və namizədlərin çıxışları Sumqayıt şəhərində dinlənilib.

İlqar Fəhmi əlavə edib ki, növbəti mərhələ 13 aprel tarixində Şamaxı şəhərində baş tutacaq. Bu mərhələdə isə Mərkəzi Aran bölgəsindən olan ifaçılar səhnəyə çıxacaqlar. Son seçim turu Qarabağ bölgəsi üzrə olacaq və Ağcabədi şəhərində keçiriləcək.

Qeyd edək ki, Muğam Televiziya Müsabiqəsi 2005-ci ildən Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunur. Bu il müsabiqənin 20 illik yubileyi qeyd edilir.

You may also like