İyunun 18-də ABŞ-da “Atalar Günü”ndə müğənni Rihanna-nın partnyoru, reper A$AP Rocky “Instagram”da özünün 13 aylıq oğlu RZA ilə birgə adıçəkilən günü qeyd edib.
Uvertura.az eonline.com-a istinadən xəbər verir ki, o, postunda əlavə edib ki, “hər gün mənə atalar günüdür”.
Qeyd edək ki, reper adıçəkilən sosial şəbəkədə oğlu ilə birgə olan xatirə fotolarını da paylaşıb və bununla da ikinci dəfədir ki, həmin özəl günü qeyd edib. Bildirək ki, Rihanna və A$AP Rocky ikinci övladlarını gözləyirlər.