“Amazon” şirkətinin həmtəsisçilərindən biri olan, Jeff Bezos-un keçmiş həyat yoldaşı xeyriyyəçilik işlərinə davam edir.
Uvertura.az NBC News TV-yə istinadən xəbər verir ki, 2019-cu ildə Bezos-dan ayrılan Mackenzie Scott 90-cı illərin əvvəllərində tanış olublar. 90-cı illərdə isə özlərinin evinin qarajından kitab satmağa başlayıblar, növbəti onilliklərdə isə bu şirkət onlayn riteyler sektorunda nömrə 1 olacaqdı və Bezos və həyat yoldaşı isə milyarder.
Ayrıldıqdan sonra isə şirkətin 4% səhmi ona çatır, bu isə 30 milyard dollardan çox vəsait demək idi. Ancaq o əldə etdiyi pullar ilə xeyriyyəçilik işlərinə davam edir, təkcə 2022-ci ildə 122 milyon dolları təşkilatlardan birinə bağışlayıb. Təşkilatın rəhbəri isə daha sonrakı açıqlamasında qeyd edib ki, o, mənə rəqəmi deyəndə, mən sevincimdən yerimdə rəqs edirdim.
Qeyd edək ki, Scott daim medianın işıqlarından uzaqda dayanmağa çalışır, ancaq onun hərəkətləri isə sadəcə olaraq danışır. Belə ki, ümumilikdə 14 milyard dolllarını xeyriyyə yolunda xərcləyib.