Yaxın keçmişdə həyat yoldaşından qalmaqallı şəkildə boşanan amerikalı aktyor Johnny Depp iddialara əsasən “Disney”in 20 milyon dollarıq iş təklifini rədd edib.
Uvertura.az xəbər verir ki, 60 yaşlı aktyor hələ də şirkətə olduqca hirslidir, səbəb isə Depp-ə qarşı keçmiş həyat yoldaşı Amber Heard-ın böhtanlarına (ona fiziki, psixoloji şiddət göstərdiyinə dair-red.) rəğmən “Disney”in aktyor ilə qüvvədə olan əməkdaşlığını dayandırması olub.
Qeyd edək ki, söhbət isə “Disney”in “Karib dənizinin quldurları” filmində canlandırdığı Jack Sparrow obrazından gedir. İddia edilir ki, “Disney” bu obrazı yenidən canlandırmaq üçün aktyora 20 milyon dollar ödəməyə hazır idi. Depp isə şirkəti çətin gündə ona inanmamaqda günahlandırır və bir də heç vaxt film studiyası şirkətləri ilə əməkdaşlıq etməyəcəyini əvvəlki açıqlamalarında qeyd edib.