Məşhur amerikalı aktyor Johnny Depp “Cannes Film Festival”ında saralmış və çürük dişləri ilə gündəm olub. Stomatoloq isə Johnny Depp-in dişləri ilə bağlı narahatlığının səbəblərini belə izah edib, “Əsasən belə hal 30 yaşlarında olan şəxslərdə müşahidə edilir, ancaq bəzən 59 yaşlı aktyordakı kimi daha kəskin halın da şahidi oluruq”. Bildirilib ki, belə bir hal illərlə yuyulmayan dişlər səbəbindən baş verə bilər. Ancaq Johnny Depp isə açıqlamalarında qeyd edib ki, o, dişləri ilə fəxr edir və ağappaq və səliqəli dişləri olan şəxsləri görəndə bu onu dəli edir.
Uvertüra.az xarici mətbuata istinadən həmin fotonu təqdim edir.