Mədəniyyət

Johnny Depp və “Dior” arasında 20 milyon dollarlıq yeni razılaşma

Qalmaqallı məhkəmə prosesindən sonra həyat yoldaşı və həmkarından ayrılan, günahsızlığını sübuta yetirən amerikalı, sevilən aktyor Johnny Depp “Dior” ilə yeni, 20 milyon dollarlıq razılaşmaya imza atıb.

Uvertüra.az Hypebeast.com-a istinadən xəbər verir ki, o yeni razılıq çərçivəsində “Dior”un kişi ətri kolleksiyasına daxil olan “Sauvage”ın reklam üzü olacaq. 3 ili əhatə edəcək yeni müqavilənin dəyəri isə kişi ətirlərinin reklamı sahəsində ən böyüyü hesab edilir.

Qeyd edək ki, “Dior” Fransanın məşhur lüks mallar istehsalçısı olan LVMH-ə məxsusdur və nəticədə yeni razılaşma ilə brend aktyor ilə əməkdaşlığını daha da genişləndirib.

You may also like