Türkiyəli müğənni Kənan Doğulu “Gənclik marşı” albomunu rəqəmsal mediada icazəsiz istifadə etdiyi iddiası ilə “Bay Music” şirkətinə qarşı açdığı məhkəməni qazanıb.
Uvertura.az xəbər verir ki, İstanbul Əqli və Sənaye Mülkiyyət Hüquqları Məhkəməsində açılan iddiaya görə, sənətçinin albomu 1999-cu ildə işıq üzü görüb.
Doğulunun bu albomdakı mahnısı üzərində haqqı olub. Musiqi şirkəti “Bay Music” sözügedən əsərdən YouTube, Spotify və Apple Music kimi rəqəmsal musiqi kanallarında icazəsiz istifadə edib.
Müraciətdə “Müttəhim şirkətin söz mövzusu albomda heç bir hüququ və səlahiyyəti yoxdur. Cavabdeh sözügedən albomu icazəsiz və qanunsuz olaraq rəqəmsal musiqi platformalarında yayımlayaraq müştəriyə təsvirolunmaz ziyan vurub. Müttəhimin bu ədalətsiz hərəkətinə son qoyulmasını, haqsızlığın qarşısının alınmasını istəyirik” sözləri yer alıb.
Məhkəmə cavabdeh şirkət tərəfindən nəşr olunan əsərlərin rəqəmsal mediada istifadəsinin dayandırılmasına qərar verib.