Məşhur aparıcı Kamilə Babayeva İctimai TV-də yayımlanan “Dikdaban” verilişində fəaliyyətə başlayıb.
Uvertura.az xəbər verir ki, aparıcı verilişlə bağlı təəssüratlarını bölüşüb:
“Təəssüratım çox gözəldir. Bir az həyəcanlı idim, uzun illərdir canlı yayıma çıxmırdım. İkisaatlıq canlı efirdir. Kollektivə dəstək üçün təşəkkür edirəm. İki-üç həftədir hazırlıq işləri görürdük. Ona görə də çox rahatlıqla efirə başladıq. Bütün yaradıcı heyətə təşəkkür edirəm, mən də onların bir hissəsi olduğuma görə nə xoş mənə”.