Bu günlərdə yazıçı Kamil Əfsəroğlunun yeni kitabı çapdan çıxıb.
Uvertura.az azertac-a istinadən xəbər verir ki, kitaba yazıçının son illərdə qələmə aldığı “Kandar” romanı və kinossenariləri daxildir.
“Kandar” romanının süjeti ötən əsrin 70-ci illərində Moskvada yüksək dairələrin kuluarlarında baş verən hadisələrə də toxunur. SSRİ Daxili İşlər Nazirinin xüsusi ehtiyat batalyonunda xidmət etməsi yazıçıya şahidi olduğu pərdəarxası olaylara işıq salmağa imkan verib. Müəllif o dövrün hadisələri ilə günümüzdəki olaylar arasında bağlılıq görür, paralellik aparır. Postsovet məkanında keçmiş sovet xalqları arasında münaqişələrə, müharibələrə gətirən yol isə Kremldən başlayır.