Kanadanın Baş naziri Justin Trudeau həyat yoldaşı Grégoire Trudeau-dan ayrılır.
Uvertura.az Kanadanın milli TV kanalı CBC-yə istinadən xəbər verir ki, onların hər ikisi oxşar açıqlamanı özlərinin Instagram hesabından ediblər.
Qeyd edək ki, açıqlamada bildirilib ki, çoxsaylı mənalı və çətin müzakirələrdən sonra ayrılmaqla bağlı qərar qəbul etdik: “Yenə də sevgi və hörmət bağları olan ailə olmağa davam edəcəyik”.
Əlavə edək ki, bu xəbər bütün TV-lərdə yayımlanmağa başlayıb və bu açıqlamanı gözlənilməz adlandırıblar. Bildirək ki, sonuncu dəfə cütlük iyulun 1-də Kanada günündə bir yerdə görünüblər.