Oskar mükafatlı aktrisa Keyt Blanşett Kann Film Festivalında geyindiyi qara paltarla Fələstinə dəstək olub.
Uvertura.az xarici mediaya istinadən xəbər verir ki, “Benjamin Battonun Maraqlı Hikayəsi”, “Elizabet”, “Babil” və “Üzüklərin Rəbbi” kimi filmləri ilə tanınan gözəl aktrisa Keyt Blanşett bu il 77-ci Kann Film Festivalında iştirak edib. “Şagird” (The Apprentince) filminin qalasına qatılan məşhur aktrisa zərifliyi ilə diqqət çəkib, Fələstin mesajı ilə gündəm olub.
Qəzzada atəşkəs çağırışına imza atan şəxslərdən biri olan Blanşett qara uzun libası ilə qırmızı xalça üzərində addımlayıb. Aktrisa poza verərkən paltarının quyruğundakı yaşıl-ağ bayraqla Fələstinə dəstək olub. Aktrisanın verdiyi mənalı mesaj bütün dünyada təsir bağışlayıb.