Şou-biznes

Keçmiş futbolçu David Beckham-ı həyat yoldaşı belə təbrik edib – Foto

Bu gün, yəni mayın 2-də ad günü ilə bağlı olaraq məşhur dəb dizayneri Victoria Beckham yoldaşı keçmiş futbolçu David Beckham-ı təbrik edib.

Uvertüra.az xəbər verir ki, o, uşaqları ilə birgə David ilə bağlı olan xoş xatirələrini olduğu fotoları “Facebook” sosial şəbəkəsində paylaşaraq bunları yazıb: “Sən bizim hər şeyimizsən. Səni çox sevirik”, – sözlərini əlavə edib və uşaqlarının adlarını postda tag edib.

Qeyd edək ki, cütlüyün evlilikdən 4 övladları var və futbolçu bu gün 47 yaşını qeyd edib. Bildirək ki, sosial mediada paylaşılan fotolar sırasında aprelin 18-də cütlüyün bir yerdə Victorianın 49 yaşını qeyd etdiyi şəkil də yer alıb.

You may also like