Bu gün, yəni iyunun 3-də usta aktyor, Kemal Sunalın vəfatından 23 il ötür.
Uvertura.az xəbər verir ki, aktyorun xatirəsi ailəsi, sevənləri, dostları tərəfindən anılır. Onun xatirəsini ananlardan biri də aktyorun oğlu Ali Sunaldır. O. özünün şəxsi “Instagram” postunda atası ilə bağlı hər kəsi duyğulandıran sözlər yazıb.
Paylaşımında deyilir: “23 il… Ömrümün yarısı sənsiz keçdi. Ata, sənin üçün darıxıram. Amma sənin kimi bir qəhrəman üçün darıxmaq, sənə ata deyə xitab etmək, fotodakı kimi səni doya-doya öpmək mənim həyatdakı ən böyük qürurum və şansımdır. Minnətdaram, ata. Səninlə keçən hər xatirəyə…”.
Qeyd edək ki, Ali Sunal fotodan bəhs edərkən, atası ilə uşaq vaxtı çəkdirdiyi rəsmdən bəhs edir.