Amerikalı, tanınmış model Kendall Jenner İtaliya səyahətində 1 həftəlik görünüşü ilə bağlı Vogue İtaliya nəşrinə məlumat verib.
Uvertüra.az Vogue Italia YouTube kanalına istinadən xəbər verir ki, o, deyib ki, qara, mavi cinsləri geyinməyi sevir, bəzən özünün ayaqlarının ölçüsünə uyğun olanı tapmasa da, bəzi brendlərdən əldə etdikləri sırf ona uyğun gəlir: “Cins şalvar və ağ köynək sanki mənim gündəlik uniformamdır”, – deyə o, əlavə edib.
Modelin sözlərinə əsasən o, oteldən çıxdıqda, çöldə olduqda mütləq şəkildə özü ilə müasir, yaxud vintage (köhnə, ancaq dəyərli) eynəklərini götürməyi yaddan çıxarmır: “Özümü onun arxasında daha əmin hiss edirəm”, – deyə bildirib.
Eyni zamanda model ona ad günündə hədiyyə edilən səyahət çantasından da bəhs edib və əlavə edib ki, buradakı detallar tam şəkildə onu əks etdirir. Atlar, kovboy ayaqqabılar, şəxsi avtomobili və s.
Həmçinin əlavə edib ki, hava limanında rahat geyimdə olmağa üstünlük verir. Dəri gödəkçə, eynək, cins şalvar, qısa dabanlı ayaqqabılar və s.
Qeyd edək ki, video ilə bağlı şərhlərdə qeyd ediblər ki, o, Vogue nəşrinə danışan zaman özünün real görünüşünü təqdim edib. Belə ki, bir çox fotoqraflar onu çöldə məhz Vogue-da geyindiyi kimi lentə alıblar.