Dünya əhəmiyyətli memarlıq abidəsi olan Kiçik Mərdəkan qəsrində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə bərpa işlərinə başlanılıb.
Dövlət Xidmətindən Uvertura.az-a bildirilib ki, həyata keçirilən bərpa işlərinin məqsədi abidənin tarixi görkəminin qorunması, uzunömürlülüyünün təmin edilməsi və ziyarətçilərin rahatlığı üçün müvafiq infrastrukturun yaradılmasıdır.
Həyata keçirilən bərpa işlərinin 2026-cı ilin yanvar ayında başa çatdırılması planlaşdırılır.