Keçmiş FTB agenti Co Navarro “Bədən dili” əsərində karyerasında cinayətkarları dindirərkən tutduğu bədən dili hərəkətlərini şəkillər və nümunələrlə izah edir.
Səssiz bədən dilimizdən şifahi olmayan davranışları öyrənə biləcəyimizi və bu zənginliyin həyatımızın hər mərhələsində bizə yol göstərəcəyini, hadisələrə səthi deyil, daha dərindən baxa biləcəyimizi və onları fərqli qavrayabildiyimizi izah edən Navarro, bədən dilinə nəzər yetirməyimizi tövsiyə edir.
Qaçqın bir ailənin övladı olan Navarro, Amerikaya köçərkən yaşadığı çətinliklərlə insanları müşahidə etməyə başlamış və bu müşahidələrini öz peşəsində inkişaf etdirərək,insanın bədən dilinin hərəkətlərlə nələr söylədiyi haqqında geniş məlumat əldə etmişdir. Seminarlarda və iş mühitində gördüyü təcrübələri də kitaba əlavə etmişdir.
Navarro izah edir ki, dilimiz bizə nə deyirsə desin, bədənimiz onu müşayiət etmirsə, beynimiz qaçdığımız, üz-üzə gəlmək istəmədiyimiz, özümüzə inamsızlığımıza xəyanət etdiyimiz hərəkətlərlə bizdən kənar bədənimizi idarə edir və Bizim haqqımızda daha çox məlumat verən Navarro bu tezislərlə bir çox cinayətkarı öz cinayətlərini etiraf etməyə məcbur etdiyini kitabında söyləyir
Yazıçının müşahidələri, onların izahı əlavə olaraq da şəkillərlə nümunə göstərməyi kitaba ayrı bir rəng qatır.
Hazırladı: Səid Məmmədov