Əfsanəvi basketbolçu Kobe Bryant hələ 41 yaşında ikən helikopter qəzasında vəfat etmişdi.
Uvertura.az xəbər verir ki, qızları Gianna da (13 yaş) eyni qəzada həyat ilə vidalaşmışdı. Həyat yoldaşı Vanessa Bryant isə basketbolçunu doğum günündə unutmayıb.
Həyat yoldaşı avqustun 23-də doğulan və sağ olsaydı 45 yaşını qeyd edəcək Kobe ilə olan köhnə fotolarından birini paylaşıb. “45-ci ildönümün mübarək, əzizim. Səni sonsuza qədər sevəcəyəm”, – deyə paylaşımına əlavə edib.