Skafandrlar, daha doğrusu bunlardakı oksigen çənləri kosmonavtları nə qədər saxlaya bilər? Bəs çəndəki bu oksigen bitdikdə nə baş verir?
Hamımızın bildiyi kimi, kosmos yaşadığımız dünyadan çox fərqlidir. Orada oksigen, su, qida kimi əsas ehtiyacları belə qarşılamaq çox çətindir. Amma bildiyiniz kimi ən əsası oksigendir.
Uvertura.az xəbər verir ki, ilk növbədə astronavt kostyumlarının çoxqatlı aşağı və yuxarı gövdələri onları zərərli kosmik şüalanmadan qoruyur. Əlavə olaraq bədən istiliyini saxlamağa kömək edərkən onlara təzyiqli bir atmosfer təqdim edir.
Kosmonavtların kürək çantalarının içərisindəki iki oksigen çəni cəmi 6,5-8 saat fəaliyyətə imkan verir. Əslində, bu rəqəm insanın metabolizm sürətindən asılı olaraq dəyişir, çünki istifadə edilən oksigen miqdarı hər kəs üçün fərqlidir.
Başqa sözlə desək, kosmonavtların skafandrlarda sağ qala bildikləri müddət onların kostyumlarında olan oksigenin miqdarından asılıdır. Hazırkı kostyumlar yalnız 6,5-8 saat kosmosun tədqiqinə imkan verir.
Əgər , kosmonavtlar bu müddətdən sonra hələ də fəaliyyətə davam etmək istəyirlərsə, onlar kosmik gəmiyə qayıtmalı və oksigen çənlərini doldurmalıdırlar.
Qeyd edək ki, ən uzun kosmosa səyahət rekordu BKS-də texniki xidmət işlərinə 8 saat 56 dəqiqə sərf edən Susan Helms və Cim Vossa məxsusdur.