Böyük Britaniya Kraliyyət ailəsinin fotoqrafı Chris Jackson “This Morning” proqramında mərhum kraliça Yelizaveta və yeni kral III Çarlz və ailəsini çəkdiyi fotolar haqqında məlumat verib.
Uvertüra.az xəbər verir ki, o, deyib ki, mənim həmişə foto işinə böyük sevgim olub, universiteti bitirdikdən sonra da özümü sevdiyim sahədə tapdım. Onun sözlərinə əsasən foto çəkilişlər zamanı ailənin təhlükəsizlik məsələsinə çox böyük önəm verilir.
Qeyd edək ki, ötən ilin yayında Kraliçanın taxta çıxmasının 70 illiyi ilə bağlı olaraq təntənəli mərasim təşkil edilmişdir. Fotoqraf Kraliça Yelizavetanın kiçik nəticəsinin təntənəli hava şousu zamanı qulaqlarını tutması anını da lentə alıb. Və bu kadr uzun müddət, istər Qərb, istərsə də Amerika mətbuatında müzakirə edilmişdir.
Aşağıdakı kanalda o, çəkdiyi fotolar haqqında danışır və qeyd edir ki, çəkdiyi fotoların arxasında onların real xarakteristik xüsusiyyətləri öz əksini tapır.
https://www.youtube.com/watch?v=7UIQ0GcgApQ