Amerikalı rejissor Kristofer Nolan, qədim yunan şairi Homerin məşhur “Odisseya” poemasını ekranlaşdıracaq.
Uvertura.az Report-a istinadən xəbər verir ki, bu barədə “Universal Pictures” kinostudiyası açıqlama yayıb.
Kinostudiyanın sosial şəbəkə hesabında yayılan məlumatda bildirilir ki, Kristofer Nolanın növbəti filmi “Odisseya” dünya miqyasında yeni IMAX texnologiyası ilə çəkilən əfsanəvi döyüş janrlı bir epopeyadır. Film, Homerin əsərini ilk dəfə olaraq IMAX ekranlarına gətirəcək və 17 iyul 2026-cı ildə bütün kinoteatrlarda nümayiş olunacaq.
Xatırladaq ki, Kristofer Nolan, zaman, yaddaş və insan şüuru kimi mürəkkəb mövzuları təhlil edən filmləri ilə tanınan britaniyalı kinorejissor, ssenarist və prodüserdir. Onun ən məşhur əsərləri arasında “Başlanğıc”, “Ulduzlararası”, “Betmen” trilogiyası və müasir kinematoqrafiyanın görkəmli nümunələrindən biri sayılan “Oppenhaymer” tarixi dramı da yer alır.