Maraqlı Şou-biznes

Kurt Cobainin konsertdə sındırdığı gitara 101 min dollara satıldı

Əfsanəvi Nirvana qrupunun solisti Kurt Cobainin səhnədə sındırdığı gitara yenidən gündəmə gəlib.

Uvertura.az xəbər verir ki, 1992-ci ildə Nirvana-nın Avropa turu zamanı konsertdə sındırılan bu gitara Texaslı kolleksiyaçıya 101 500 dollara satılıb. Maraqlıdır ki, hərracda gitara üçün ilkin qiymət cəmi 30 min dollar idi.

Gitara səhnədə sındırıldıqdan sonra təmir olunsa da, Cobain onu bir daha istifadə etməyib. Həmin musiqi aləti sonradan Nirvana komandasında çalışan üzvlərdən birinin əlinə keçib.

Kurt Cobain'in konserde parçaladığı gitarı açık artırmada satıldı - 1

Hərracda gitara üçün 5 nəfər tərəfindən ümumilikdə 11 təklif verilib. Onun orijinallığını Nirvana ilə işləmiş texnik Big John Duncan təsdiqləyib.

Qeyd edək ki, Kurt Cobainə məxsus gitaralar həmişə auksionlarda böyük maraqla qarşılanır. 2020-ci ildə onun “MTV Unplugged” konsertində çaldığı gitara 6 milyon dollara, 2022-ci ildə isə “Smells Like Teen Spirit” klipində istifadə etdiyi alət 4,5 milyon dollara satılmışdı. 2023-cü ildə isə Cobainin daha bir sınıq gitarası 596 min dollara alıcı tapmışdı.

Xatırladaq ki, Kurt Cobain Nirvana qrupunun yaradıcısı və siması olub. O, 1994-cü ilin 5 aprelində, cəmi 27 yaşında həyatına son qoyub.

You may also like