Dünyanı “silkələyən” Ceffri Epstein qalmaqalı ilə bağlı səsləndirilən yeni iddialar “Kurtlar Vadisi Pusu” serialındakı səhnəni xatırladıb.
Uvertura.az Türkiyə mətbuatına istinadla bildirir ki, Epstein qalmaqalında ortaya çıxan yeni detallar bütün dünyanı şoka salmağa davam edir. Dünyaca məşhurların adlarının hallandığı uşaqlardan istifadənin məqsədlərindən birinin də onlardan “adrenoxrom” hüceyrələri ilə qan götürərək özlərinin ömrünü uzatmaq olduğu iddia edilib.
Həmin məsələ illər əvvəl “Kurtlar Vadisi Pusu” serialında səhnələşdirilib. Belə ki, “yüce majeste”yə daha uzun müddət yaşaması üçün körpə qanı köçürülüb.