Kino

Kutsal Damacana 5: Zombi” türk filminin nümayişi başlayır

Sabahdan etibarən yalnız CineMastercard-da “Kutsal Damacana 5: Zombi” adlı türk komediyasının nümayişi başlayır.

Uvertura.az xəbər verir ki,filmin çəkilişləri Türkiyənin müxtəlif bölgələrində aparılıb.

Rejissoru Kamil Çetin olan filmdə Şafak Sezer, Ersin Korkut, Yıldırım Memişoğlu, Ozan Akbaba, Aslı Bekiroğlu və Bülent Ersoy rol alıblar.

Filmin mövzusuna gəlincə, beşinci hissədə baş qəhrəmanlar Fikret, Asım və Artin, əzəli düşmənləri İblisin zombi ordusunun dünyanı fəth etmək planı ilə qarşılaşırlar. İblisin yaratdığı ölümcül virusla zombi ordusunu dayandırmaq üçün birləşən komanda amansız döyüşə başlayır.

Qeyd edək ki, filmin yaş həddi 18+ olaraq təyin olunub.

You may also like