Model Kylie Jenner xəyanətdə ittiham edilən keçmiş rəfiqəsi Jordyn Woods ilə 4 ildən sonra ilk dəfə Los Anceles-də suşi restoranında bir yerdə görünüblər.
Uvertura.az xəbər verir ki, Kylie Jenner-in onunla münasibətləri dayandırmasına səbəb isə Kardashian ailəsinin üzvü olan, ögey bacısının, Khloe Kardashian partnyoru Tristan Thompson ilə rəfiqəsi Jordyn arasında münasibətlərin olmasının aşkarlanması olub.
Qeyd edək ki, köhnə dostlar yenidən barışığın olması ilə bağlı bir açıqlama verməyiblər. Bildirək ki, Jordyn açıqlamasında bildirmişdi ki, həmin gecə içkili olub və qəfildən Tristan onu öpüb. O, bunu istəyərək etməyib. Kylie Jennerin ögey bacısı isə daha sonra bildirmişdi ki, insanlar səhvlər edirlər və hər iki tərəfi bağışlayıb.