Amerikalı model Kylie Jenner özünün plastik əməliyyatları haqqında danışıb və “çoxlu əməliyyat etdirib” şayiələrinə son qoyub.
Uvertura.az xəbər verir ki, o, deyib ki, yalnız dolğu etdirib, ancaq əlavə edib ki, hər kəsin öz görünüşündə qalmasının tərəfdarıdır.
O, qulaqları ilə bağlı ona edilən zarafatdan da danışıb və bildirib ki, ana olduqdan sonra bu məsələ ilə bağlı özünəinamsızlığının öhdəsindən gəlib. “Stormi (qızını nəzərdə tutur-red.) dünyaya gəldikdən sonra onda da eyni xüsusiyyəti gördüm və öz qulaqlarımı nə qədər sevdiyimi anladım”, – deyə model əlavə edib.
Jenner daha sonra qəbul edib ki, dodaqlarında da dolğu var və əlavə edib ki, buna görə peşman deyil.
Qeyd edək ki, model plastik əməliyyat ilə bağlı əlavə edib ki, əvvələ qayıtsaydı bir çoxlarını etməzdi, çünki qızı Stormiyə yaxşı nümunə olmaq niyyətindədir.