Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Türk Dünyası Gənc Yazarlarının Lənkəran Yığıncağı” adlı layihənin Lənkəran şəhərində başa çatmış tədbiri keçirilib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, Lənkəran Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, toplantının Türk dünyası üçün əhəmiyyətinə diqqət çəkib.
Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar, 2024-cü ilin Lənkəran şəhərinin Türk dünyasının Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar olaraq, ilin ərzində müxtəlif əhəmiyyətli tədbirlərin keçirildiyini, bu tədbirin isə həmin mövzuda növbəti mərhələ olduğunu vurğulayıb.
Sonra Türk dövlətləri və topluluqlarından dəvət olunan yazarlar – Özbəkistandan şair Suhrab Ziya, Mohira Eşpoladova, Türkiyədən Enver Aykol, Çuvaşıstandan Natalya Gerasimova, layihənin əhəmiyyətindən bəhs ediblər.
Yazar Banu Muharremin moderatorluğu ilə davam edən tədbirdə, Azərbaycandan olan yazarlar da fikirlərini paylaşmışlar.
Tədbirin sonunda, xarici ölkələrdən gələn iştirakçılara və tədbirin təşkilatçılarına Dünya Gənc Türk Yazarlar Birliyinin xüsusi təltifləri təqdim olunub.