Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə iyunun 3-də Laçın şəhərində, Həkəri çayının sahilində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ili çərçivəsində möhtəşəm konsert proqramı təşkil edilib.
Uvertura.az xəbər verir ki, proqramda 7 ölkədən – Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan gəlmiş bədii kollektivlər çıxış ediblər.
Tədbirlər çərçivəsində həmçinin “Birlik rəngləri” adlı Beynəlxalq İncəsənət sərgisi də keçirilib.