Mədəniyyət

Latviyanın məşhur ənənəvi bayramında Azərbaycanın milli rəqsləri təqdim edilib

İyulun 5-13-də Latviyanın paytaxtı Riqada XIII Latviya Məktəbli Gənclərin Mahnı və Rəqs Bayramı keçirilib. İlk dəfə 1960-cı il iyunun 23-də keçirilən bu bayram Latviyada ölkə səviyyəsində geniş şəkildə qeyd olunan ən məşhur uşaq və gənc mahnı-rəqs tədbiridir. Builki bayramda Latviyanın 43 bölgəsindən 38 min 114 insan iştirak edib.

Azərbaycanın Latviyadakı səfirliyindən Uvertura.az-a bildirilib ki, Latviyada fəaliyyət göstərən və Ancela Cəfərovanın rəhbərlik etdiyi “Buta” Azərbaycan rəqs qrupu bayramda ilk dəfə olaraq iştirak edib.

You may also like