Sinem Kobal uzun bir aradan sonra “Her şeyin başı Merkür” filmi ilə yenidən ekranlara qayıdıb.
Uvertura.az Big.az -a istinadən xəbər verir ki, “Selena” serialından həmkarları Gizem Güven və Dilara Kurtulmuş kinoteatrda filmi izləmək üçün gedərək ona dəstək veriblər.
Sinem Kobal, onların kinoteatrdan çəkilən görüntüsünü sosial şəbəkədə paylaşıb.