Mədəniyyət

Linz şəhərində gənc azərbaycanlı pianoçunun “Sonata” adlı solo konserti olub

Avstriyanın Linz şəhərinin Mədəniyyət Mərkəzi olan “Ticarətçilər Cəmiyyətinin Sarayı”nda (Palais Kaufmannischeir Vennier) “Bechşteyn” Piano Mərkəzinin təşkilatçılığı ilə, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı, ”Qran Pri” mükafatçısı, gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin “Sonata” adlı solo konserti keçirilib.

Uvertura.az xəbər verir ki, konsertdə Ayan Məmmədli görkəmli bəstəkarlar – Aleksandr Skryabin, Lüdviq van Bethoven və Yozef Haydnın sonatalarından ibarət proqramla çıxış edib.

You may also like