“İnter Mayami”də çıxış edən Lionel Messinin sosial mediadan nə qədər qazandığı məlum olub. Messi qazancı ilə ABŞ-da oynayan idmançıları geridə buraxıb
Betting.com-da yer alan xəbərə görə, Lione Messinin sosial mediadan qazancı məlum olub. Araşdırmada Messinin Instagram hesabında sponsorluq etdiyi hər paylaşımdan 4 milyon avro qazandığı paylaşılıb. Xəbərdə argentinalı ulduzun 2023-cü ildə paylaşdığı paylaşımlardan ümumilikdə 170 milyon avro qazandığı da qeyd edilib.
Argentinalı hücumçu qazandığı gəlirlə Amerikada çox məşhur olan beysbol, Amerika futbolu və basketbolun ulduzlarını geridə qoymağı bacarıb.
Bu mövsüm “İnter Mayami”də 12 matçda iştirak edən Lionel Messi komandasına 11 qol və 5 asist edib