Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində may ayı üçün regionlara təşkil olunan qastrol səfərlərinə start verir.
Nazirlikdən Uvertüra.az-a bildirilib ki, mayın 22-də Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti konsert proqramı ilə çıxış edəcək.
Ansamblın rəhbəri Mahir Ordubadi, solistləri Rəvanə Qurbanova, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Nurlan Əzizbəyli və Taleh Yahyayevdir.