Tanınmış aktrisa Günəş Mehdizadə adına dələduzluq edilib.
Uvertura.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa özünün İnstagram səhifəsində məlumat yayıb.
Aktrisa bildirib ki, “Tik-Tok” sosial şəbəkəsində onun adına səhifə açılaraq, insanlardan kömək istənilir.
“Diqqətli olun, mənim adımdan açılan səhffələrdə insanlara yazıb, pul istəyirlər”, – deyə aktrisa qeyd edib.
Qeyd edək ki, aktrisa hal-hazırda “Vətəndaş A” serialında “Almaz” rolunu canlandırır