Məşhur Azərbaycan şairəsi, “Xan qızı” adı ilə tanınan Xurşidbanu Natəvan 6 avqust 1832-ci il Qarabağda Şuşada xan ailəsində dünyaya gəlib.
Xurşidbanu Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdır. Nizami, Füzuli və Nəvai kimi nəhəng sənətkarların yüksək poetik ənənəsindən tərbiyə alıb böyüyən Natəvan, ötən yüzillikdə Azərbaycanda yazıb-yaradan qadın şairələrin ən istedadlı nümayəndəsi olmuşdur.
Uvertura.az xəbər verir ki, Azərbaycan klassik ədəbiyyatının ənənələri üslubunda gözəl şeirlər və qəzəllər yaratmaqla bərabər Natəvan həm də xeyirxah əməlləri ilə tarixə düşüb. Şuşa su kəməri xətti Natəvanın adı ilə bağlıdır.
Araşdırdı: Nicat Şəmiyev