Azərbaycanlı bəstəkar və pianoçu Riad Məmmədovun Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində konsertləri olub.
Uvertüra.az xəbər verir ki, məlumata əsasən Rusiya Milli Dram Teatrı və Aleksandriyski Teatrının yeni səhnəsinin 10 illiyinə həsr edilmiş “Yeni X Piano Qala” festivalı təşkil edilib.
Festival çərçivəsində pianoçular Riad Məmmədov, Aleksey Qribol, Nastasiya Xruşovanın konsert proqramları baş tutub, onlar performanslarına isə 20 və 21-ci əsrlərə aid olan musiqi əsərləri daxil edilib. Bura Qara Qarayevin prelyudiyaları və Vaqif Mustafazadənin “Bayatı-Şiraz” caz-muğam kompozisiyası, Nastasiya Xruşovanın “rus dalanları” və s. aid olub.
Azərbaycanlı bəstəkar və pianoçunun daha bir konserti “Rassvet” mədəniyyət evində baş tutub. O, xalq və akademik musiqi ifaçıları – Ehtiram Hüseynov (xanəndə), Sergey Korçagin (kontrabas), Əliağa Sədiyev (tar) ilə birlikdə muğama həsr etdiyi “Cənnətdən şərqə” proqramını təqdim edib.