Amerikalı müğənni Kelly Clarkson zaman-zaman özünün keçmiş liriklərində dəyişiklik etməyi sevir. O, illər öncə səsləndirdiyi “Piece by Piece” mahnısı ilə də belə edib. Bir neçə gün öncə dinləyiciləri ilə görüşən Kelly mahnıdakı “Sən” sözünü “Mən” ilə dəyişib. Məsələn, o daha öncə deyirdi, “Hissə hissə Sən məni toparladın”, indi isə “hissə hiss Mən özümü toparladım” deyir.
Uvertura.az usmagazine.com-a istinadən xəbər verir ki, müğənni bununla bağlı belə bir açıqlama verib:
“Bu mahnını illər öncə mən ümidli olduğum zaman yazmışdım. Ancaq bəzən ümid ümidsizlik ilə dəyişir”.
Qeyd edək ki, 41 yaşlı müğənni dəyişdirdiyi mahnını partnyoru Brandon Blackstock-dan ayrııdıqdan sonra yaşadığı hislərə həsr edib.