Fransanın məşhur pop qrupu “Gipsy Kings” (əsasən katalan dilində oxusalar da, dialektlərində ispan və fransız dili müşahidə edilir-red.) Bakıda ilk dəfə konsert verəcək. Tədbir iyunun 15-də Bakı Konqres Mərkəzində olacaq.
Uvertüra.az xəbər verir ki, 1979-cu ildə məşhur flamenko ifaçısı Xose Reyes oğlanları Nikolas və Andre Reyes ilə birlikdə “Los Reyes” adlı qrup yaradıb. Sonralar Xosenin yaxın qohumu Toni Palyarde başqa olmaqla virtuoz gitaraçılar sülaləsi də Reyeslər ailəsinə qoşulub.
Köçəri həyat tərzi keçirən qrupun adı dəyişdirilərək “Gipsy Kings” qoyulub. Onların “Gipsy Kings” adlı ilk albomu bu kollektivi bütün dünyada məşhurlaşdırıb.
1989-cu ildə “Gipsy Kings” qrupu ABŞ Prezidenti Corc Buşun andiçmə mərasiminə həsr olunmuş müsamirəyə dəvət edilib.