Qeyd etdiyimiz kimi, dünən növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsverməyə start verilib.
Uvertura.az xəbər verir ki, səsverməyə gedənlər arasında sənət adamları da yer alıblar. Məşhurlar daha sonra Heydər Əliyev Mərkəzinin parkına gələrək qələbə sevincinə şərik olublar. Onlar mahnılar səsləndiriblər. Xalq artisti Aygün Kazımova da mərkəzə gələrək sevincə qoşulub. Pop diva məşhur “Azərbaycan” mahnısını oxuyub.