Hər kəsin fərdi imzası onun kimliyini müəyyən edir və əslində onlar nə qədər mükəmməldirlər? Bəzilərimiz isə atdığımız imzaları belə bəyənmirik. Amerikanın NBC News kanalının əməkdaşları bu mövzunu araşdırıblar. Amerikalı siyasətçi John Hancock-un imzası uzun və qalındır (bold ilə yazılıb), bəstəkar Mozart-da bu musiqini xatırladır, ABŞ-ın sabiq Xəzinə naziri Jacob J. Lew-nin imzası isə sadəcə qəribədir. Amerikalı aparıcı Oprah Winfrey-in imzası artıq brenddir, İspan rəssam Pablo Picasso-nun imzasında isə sadəcə Picasso sözünü görmək olar.
Amerikalı gənc bir qız olan Priscilla Molina isə öz imzasından narazı olanlar üçün peşəkar xidmət təklif edir, kouçdur və onun Tik Tok sosial platformasında isə kifayət qədər auditoriyası var və əl işlərini orada paylaşır. İnsanlar ona daha yaxşı imzalar üçün pul ödəyirlər.
Daha sonra jurnalist Molina-ya öz imzasından utandığını deyir və onu kağızda göstərir. Molina ona daha yaxşı imza üçün kömək edir. Jurnalist artıq daha inamlı şəkildə imza ata bilərəm deyə qarşılıq verir. Jurnalist: “Onun dizaynı çox gözəldir”. Molina-nın təklif etdiyi imzalar üzərindən isə təcrübə edir və özünün ən yaxşı imzasını yaradır. Molina imzasından xoşbəxt olmayan insanlar üçün də məsləhət verib, “Sadəcə olaraq öz imzaları üzərində işləsinlər və bu prosesdən zövq almağa çalışsınlar. Mən də belə edirəm, insanlara kömək edərkən işimdən zövq almağa çalışıram”, – deyə imza kouçu qeyd edib.