Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the nano domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/uvertura/public_html/wp-includes/functions.php on line 6114
Məxfi məlumatlarınız oxuna bilər – Uvertura.az
Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits. https://bet-andreas-az.com/ https://bunafarmacie.ro/
Digər

Məxfi məlumatlarınız oxuna bilər

Kibertəhlükəsizlik texnologiyaları üzrə araşdırmaçı Johann Rehberger süni zəka əsaslı “ChatGPT” çat-botunu potensial təhlükəli bir neçə əməliyyatı yerinə yetirməyə məcbur etməyi bacarıb. Söhbət, “ChatGPT” tərəfindən onun elektron poçt məktublarının oxunmasından, məktubların qısa xülasəsinin hazırlanmasından və nəticədə əldə edilmiş bu məlumatın internetdə paylaşılmasından gedir.

Uvertura.az Trend-ə istinad edir ki, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti – Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (CERT) bildiriblər.

Rehberger-in sözlərinə əsasən, “ChatGPT” kimi süni zəka alqoritmləri vasitəsilə çalışan çat-botlar bütün növ kiberhücumlar üçün olan maneələri müəyyən səviyyədə aradan qaldırır. Belə ki, “ChatGPT” kimi çat-botların kiberhücumlarda istifadəsi halında hansısa proqram təminatı kodunu yazmağı bacarmağa və ya informatika ilə bağlı hansısa biliyə sahib olmağa ehtiyac qalmır. Rehberger tərəfindən aparılmış təcrübə çərçivəsində reallaşdırılmış kiberhücum üsulunun tətbiqi “ChatGPT” hesablarının əksəriyyəti üçün mümkün deyil.

Mütəxəssisin istifadə etmiş olduğu kiberhücum üsulu Slack, Gmail və digər tətbiqlərə girişi mümkün edən təcrübəli funksiyaya əsaslanır. Rehberger tərəfindən təklif edilmiş “prompt injection” adlı mexanizm şirkətlərin öz bizneslərinə və istehlakçı məhsullarına süni zəka texnologiyalarının inteqrasiya etdikləri bir vaxtda öz potensialını sərgiləyən yeni növ kiberhücumdur. Bu cür üsullar hacker fəaliyyətinin təbiətini başdan ayağa dəyişəcəklər və kibertəhlükəsizlik üzrə mütəxəssislər süni zəka sistemlərinin bizlərin gündəlik həyatlarına daxil olmadan öncə hələ çoxlu sayda boşluğu aşkar etməli olacaqlar.

“ChatGPT”-nin əsasında yerləşən və müxtəlif ifadələr ilə cümlələri tərtib edə bilən generativ süni zəka texnologiyası sözü və ya cümləni avtomatik şəkildə tamamlayan sistemin maksimal səviyyədə çalışan verisyasına bənzəyir. Çat-botların davranışları tərtibatçılar tərəfindən məhdudlaşdırılır. Çat-botların konfidensial məlumatların təqdim edilməsini və ya onların təhqir xaraketrli ifadələr işlətmələrini qadağan edən təlimatlar mövcuddur. Lakin bu cür məhdudiyyətlərdən yan keçməyə imkan verən üsullar da mövcuddur.

Məsələn, Johann Rehberger çat-botdan veb səhifələrin xülasəsinin hazırlanmasını istəyib və bununla belə öz sorğusuna “YENİ VACİB TƏLİMATLAR” əlavəsini edib. Bu əlavə öz növbəsində çat-botu çaşqınlığa salıb. Daha sonra Rehberger “ChatGPT”-ni müxtəlif əmrlərin yerinə yetirilməsinə məcbur edivb. “Bu, sistemə “Tez bunu yerinə yetir” qışqırığına bənzəyir” – deyə mütəxəssis qeyd edib. Faktiki olaraq Rehberger süni zəka sistemini özünü yenidən proqramlaşdırmağa məcbur edib. Prompt injection adlı üsul işlək üsul olub. Bu isə süni zəka sisteminin vacib özəlliyi ilə bağlıdır. Onlar sistem əmrlərini istifadəçilər tərəfindən daxil edilən məlumatlardan heç də həmişə fərqləndirə bilmirlər.

Araşdırdı: Nəzrin Zamanlı

You may also like