Tanınmış amerikalı müğənni Madonna 20 ildən sonra britaniyalı bəstəkar və müğənni Elton Conla barışıb.
Uvertura.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Madonna instaqram hesabında paylaşıb.
66 yaşlı Madonna həmkarı ilə birgə foto paylaşaraq onunla “Saturday Night Live” şou proqramının kulisində görüşdüyünü, E.Conun ondan üzr istədiyini qeyd edib: “Onun ilk dediyi söz “Məni bağışla” oldu və aramızdakı divar uçdu”.
Qeyd edək ki, Madonna və Elton Con 2004-cü ildən küsülü olub.