Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Yay zalı”nda Azərbaycanın dünyaşöhrətli dirijoru və bəstəkarı Niyazinin xatirəsinə həsr olunan möhtəşəm konsert keçirilib.
Uvertura.az xəbər verir ki, əvvəlcə sənətşünas Leyla Quliyeva Niyazinin həyat və sənət yolundan söz açıb, onun musiqi mədəniyyətimizin inkişafına verdiyi mühüm töhfələrdən danışıb.
Proqramda Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov və Asəf Zeynallının əsərləri səsləndirilib.